21:13 01.05.2018 2612

“Xəzər”ə əsən gilavar - YAZI

Futbolun içini də üzü qədər anlayan 5-6 həmkarıma Elşad Əhmədovun "Xəzər”i qaydalar çərçivəsində (!) elitaya daşıyacağına əmin olduğumu söyləmişdim. Buna çox yaxındı... Köhnə Azərbaycan futbolunun yeni qafalı mütəxəssislərindən olan Əhmədovun yetirmələri "birincilər”in liderdi.


Keçirdikləri bir neçə oyuna həvəslə baxmışam. Tələb etdiyi, oynatdığı futbol yetərincə maraqlı gələcək vəd edir. Bu idman növünün xırdalıqlarına varmağı bacaranlar bilir ki, "Xəzər” indiki mütəxəssisin rəhbərliyi altında elitada oynaya bilər. Ən azı çempionata rəng qatar, rəqabəti artırar, ortaya qoyduğu futbolla Premyer Liqanı belə desək, şirinləşdirər.

 

Elşad bəy futbolumuzun mental şablonları yırtmış başlardandı. "Çəki”sini qoruyan, baş barmaqların işarəsiylə baş yelləməyən adamdı. Sifarişlə işləməyən, idman prinsiplərini hər şeydən yüksəkdə tutan və ən əsası yerli futbolçuları beş barmağı kimi tanıyan mütəxəssisdi.


Azərbaycanlı məşqçilərin 90 faizindən fərqli, "ləbbeyk” prinsipiylə hesablaşmayan birinin ortalığa çıxması hamımız üçün qazancdı. Bu gün 1-ci divizionun liderinin, sabah Premyer Liqanın debütant – mükafatçısının, o biri gün Avroliqanın qrupundakı təmsilçimizin baş məşqçisi qismində...


Hə, AFFA-nın baş katibi Elxan Məmmədovun "Xəzər”i elitaya buraxmayacağıyla bağlı söz-söhbətlərin artması heç yaxşı hal deyil. Ölkə klublarının yarıdan çoxunu aşıq kimi oynadan "vəzir”in kurasiyasında olmayan camiəni vurmaq üçün yetərincə varinatı varsa, lap pis. Nə yazıq ki, diplomatik təbəssümüylə baş kəsməyə qadir baş katib şəxsi hədəfləri naminə hər yola əl ata bilər. "Filan sənəd çatmır”, "bank hesabıyla bağlı problem var”, "liseziyalaşdırmanın filan tələbinə cavab vermir” və buna bənzər onlarla "quru” səbəb tapmaq çətindi ki? Azərbaycanı məlum səbəbdən ahu-zarla tərk edən bolqar funksioner Georgi Nikolov demişkən, yağ da öz əllərindədi, isti bıçaq da. Qısası, Elxan bəy "Xəzər”in qarşısına sədd çəkməyi qarşısına məqsəd qoyubsa, burda təəccüblü nəsə yoxdu.


Son müsahibələrindən birində "Xəzər”i "Premyer Liqaya buraxmasalar, rəhbərliyin komandadan imtina etməsi istisna deyil” cümləsini işlətməyi özünə borc bilən baş məşqçinin qınanması isə acı təbəssüm doğurur. Səmimi, dərin və acı... Görünür, ölkə futbolunun qara ciyərində kök atan Məmmədovun bütün sahələrdə məsləkdaşları və əqidə yoldaşları var. Gəlin, hələ Premyer Liqaya gəlməmiş "Xəzər”ə atılan güllələri birlikdə sayaq və marığa yatanların həmlələrinə azarkeşlik edək. Sizi bilmirəm, mən Məmmədovsayağı hücumları tanıyıram. Tanış gilavar qoxusundan, istiqamətindən tanıyıram.

 

NİHAT

Fanat.Az

 

 

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

21 İyul 2026
23:49

Pep Qvardiola İtaliya millisinin "sükanı arxası"na keçə bilər

23:11

"Arsenal" Qabriel Jesusun qiymətini 20 milyon funta endirdi

22:41

Valdas Dambrauskas "KuPS"la matçdan sonra belə danışdı

22:18

"Qalatasaray" Kristian Pulisiç ilə maraqlanır

21:57

ÇL: "Sabah" Finlandiya çempionunu "əliboş" yola saldı

21:16

Arda Gülər "Real Madrid"də start heyət uğrunda böyük savaşa girir

20:46

"Əl-Hilal" Bastoni üçün 70 milyon təklif edir

20:17

Məhəmməd Salahın meneceri "Beşiktaş" üçün İstanbula gəlir

19:42

"Qalatasaray"dan Musiala həmləsi: İcarə təklif edilib

19:12

Rodri "Real Madrid"ə keçməyə hazırdır

18:46

"Qalatasaray" Bruno Fernandes üçün 35 milyonluq təklif hazırlayır

18:30

Fransa millisinin yeni baş məşqçisi müəyyənləşib

18:14

Messi finaldan sonra Yamala nə deyib? - "Bu sözlər boynuma taxdığım qızıl medal qədər dəyərlidir"

17:56

"Zirə" növbəti transerini açıqladı - RƏSMİ

17:38

“Liv Bona Dea Arena”da ot örtüyü yenilənir - FOTOLAR

17:20

"Zirə" Estoniyadakı oyuna itkisiz çıxacaq

17:02

Argentinalı qolkiper millidən ayrılacağına işarə etdi - "Bu ağrını izah etmək çətindir"

16:43

Kalunqa "Kəpəz"in düşərgəsində olsa da...

16:25

"İmişli"də yeni təyinat - RƏSMİ

16:07

Klublarımızın sifariş verdiyi stadionlar bilindi - Siyahı

15:48

"Qalatasaray"da yeni müqavilə - Razılığa gəlindi

15:30

"Şəfa" klubu kanadalı futbolçunu heyətinə qatdı

15:20

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

15:12

Nuri Şahin "Fənərbağça" naminə "qolunu çırmaladı"

14:54

KL: 2-ci mərhələyə 3 oyunla start verilir

14:36

"İmişli" "Qarabağ"ın əvəzedicilərinə "5" verdi

14:18

Modriç yeni müqaviləyə hazırlaşır

14:00

"Qəbələ" nigeriyalı futbolçu ilə razılığa gəldi

13:42

Arif Əsədov "Sabah" - "KuPS" oyunu ilə bağlı iddialı proqnoz verdi

13:24

"Zirə" "Xəzər Lənkəran"la "İnter"in ənənəsini davam etdirə bilər

13:05

ÇSKA ilə AL matçına hazırlaşan "Qarabağ"ın heyəti ilə bağlı son vəziyyət bəlli oldu

12:47

"Beşiktaş"ın Trossard istəyi reallaşmadı

12:29

Minsk "Dinamo"su ilə oyun ərəfəsində "Neftçi"də üzlər gülür

12:11

Toral Bayramov son matçda nə ilə yadda qaldı?

11:53

Qurban Qurbanov media nümayəndələri ilə görüşəcək

11:35

"Turan Tovuz" daha bir trasnferini açıqladı

11:17

"Neftçi" tilsimi qıra biləcəkmi?

10:59

Messi karyerasını bitirir - SON DURUM

10:41

"Araz-Naxçıvan" Bruno Frankonun müqaviləsinin müddətini uzadıb

10:23

ÇL: "Fənərbağça" mübarizəyə başlayır

Facebookdan bizi izləməyi unutmayın.
X