11:58 08.03.2019 1577

Roberto Bordin: "Burda məni yadplanetli kimi görürdülər"

"Mən hələ "Şerif"də olarkən "Neftçi"nin idman direktoru iş prinsipimi izləyib. O, bir italyan vəkil vasitəsilə mənimlə əlaqə saxladı. Cəmi 2-3 görüşdən sonra bura gəlməyə razılıq verdim. Çünki "Neftçi" tarixi klubdu və ölkənin ən titullu komandasıdı".

Fanat.Az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Roberto Bordin İtaliya mətbuatına müsahibəsində deyib.

İtalyan mütəxəssis ailəsini də Bakıya gətirdiyini bildirib: "Bu il xanımım 16 aylıq qızımla birlikdə mənimlə yaşamaq üçün Bakıya köçdü. Digər iki övladım böyükdü və onlar Speziada yaşayırlar".

Bakı barədə danışan Bordin paytaxtımızı tərifləyib: "Bakı çox gözəl və müasir şəhərdi. Dənizi, böyük parkı var, iş sahəsi çox inkişaf edib. Şəhərin qədimiliyi də unudulmur. Ümumilikdə yaşayış durumu çox yaxşıdı, burda özümü xüsusi hiss edirəm. Çünki şəhərin gözəl məkanında qalıram. Bir müddət sonra burda Formula-1 yarışı olacaq. İqlim dəyişir: bu gün qar yağırsa, sabahı temperatur 10 dərəcə olur. Heç vaxt dəyişməyən tək şey küləkdi".

"Mən bir az Lippidən, bir az Boskovdan, bir az da Mandorlinidən götürmüşəm. Matça hər zaman 4-3-3-lə başlayıram və oyunun gedişində rəqibə uyğun dəyişməyi xoşlayıram. Burda dəyişikliklər hər zaman yaxşı görünmür. Ancaq məşq zamanı oyunçuları buna uyğun hazırlayıram. Açığı, ilk vaxtlar məni yadplanetli kimi görürdülər. Ancaq düşünürəm ki, tələblərimi tez başa düşdülər" deyə Bordin bildirib.

Azərbaycan futbolunda ilk italiyalı olduğunu deyən "Neftçi"nin baş məşqçisi sonradan köməkçisi Andrea Vezzunu da Bakıya gətirdiyini, qalan köməkçilərinin isə yerlilərdən ibarət olduğunu söyləyib: "Əks halda, yenə italiyalı gətirə bilərdim. Meydandakı həmyerlim isə Canluka Sansonedir. Onu transfer dövrünün sonlarında İtaliya "Novara"sından götürdüm. Mixail adlı tərcüməçim də var. O, mənimlə birgə Moldovada da olub. Mixaili çox ağıllı olduğu üçün istədim. O, İtaliyada təhsil alıb və sözlərimi emosional səviyyədə intensiv çatdırır. Dərhal sürətli tərcümə və ünsiyyət gedir. Paltardəyişmə otağında ingiliscə danışa bilən bir neçə oyunçu olduqda onlarla birbaşa danışıram. Ümumilikdə, siz sözlərinizi lakonik və birbaşa çatdırmalısınız. Səsimi qaldırdıqda onlar məni başa düşürlər".

Fanat.Az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
09:00

"Sabah" qələbə qazandı, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

02:01

ÇL: "Fənərbağça"dan İstanbulda çətin qələbə

21 İyul 2026
23:49

Pep Qvardiola İtaliya millisinin "sükanı arxası"na keçə bilər

23:11

"Arsenal" Qabriel Jesusun qiymətini 20 milyon funta endirdi

22:41

Valdas Dambrauskas "KuPS"la matçdan sonra belə danışdı

22:18

"Qalatasaray" Kristian Pulisiç ilə maraqlanır

21:57

ÇL: "Sabah" Finlandiya çempionunu "əliboş" yola saldı

21:16

Arda Gülər "Real Madrid"də start heyət uğrunda böyük savaşa girir

20:46

"Əl-Hilal" Bastoni üçün 70 milyon təklif edir

20:17

Məhəmməd Salahın meneceri "Beşiktaş" üçün İstanbula gəlir

19:42

"Qalatasaray"dan Musiala həmləsi: İcarə təklif edilib

19:12

Rodri "Real Madrid"ə keçməyə hazırdır

18:46

"Qalatasaray" Bruno Fernandes üçün 35 milyonluq təklif hazırlayır

18:30

Fransa millisinin yeni baş məşqçisi müəyyənləşib

18:14

Messi finaldan sonra Yamala nə deyib? - "Bu sözlər boynuma taxdığım qızıl medal qədər dəyərlidir"

17:56

"Zirə" növbəti transerini açıqladı - RƏSMİ

17:38

“Liv Bona Dea Arena”da ot örtüyü yenilənir - FOTOLAR

17:20

"Zirə" Estoniyadakı oyuna itkisiz çıxacaq

17:02

Argentinalı qolkiper millidən ayrılacağına işarə etdi - "Bu ağrını izah etmək çətindir"

16:43

Kalunqa "Kəpəz"in düşərgəsində olsa da...

16:25

"İmişli"də yeni təyinat - RƏSMİ

16:07

Klublarımızın sifariş verdiyi stadionlar bilindi - Siyahı

15:48

"Qalatasaray"da yeni müqavilə - Razılığa gəlindi

15:30

"Şəfa" klubu kanadalı futbolçunu heyətinə qatdı

15:20

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

15:12

Nuri Şahin "Fənərbağça" naminə "qolunu çırmaladı"

14:54

KL: 2-ci mərhələyə 3 oyunla start verilir

14:36

"İmişli" "Qarabağ"ın əvəzedicilərinə "5" verdi

14:18

Modriç yeni müqaviləyə hazırlaşır

14:00

"Qəbələ" nigeriyalı futbolçu ilə razılığa gəldi

13:42

Arif Əsədov "Sabah" - "KuPS" oyunu ilə bağlı iddialı proqnoz verdi

13:24

"Zirə" "Xəzər Lənkəran"la "İnter"in ənənəsini davam etdirə bilər

13:05

ÇSKA ilə AL matçına hazırlaşan "Qarabağ"ın heyəti ilə bağlı son vəziyyət bəlli oldu

12:47

"Beşiktaş"ın Trossard istəyi reallaşmadı

12:29

Minsk "Dinamo"su ilə oyun ərəfəsində "Neftçi"də üzlər gülür

12:11

Toral Bayramov son matçda nə ilə yadda qaldı?

11:53

Qurban Qurbanov media nümayəndələri ilə görüşəcək

11:35

"Turan Tovuz" daha bir trasnferini açıqladı

11:17

"Neftçi" tilsimi qıra biləcəkmi?

10:59

Messi karyerasını bitirir - SON DURUM

Facebookdan bizi izləməyi unutmayın.
X