Bildiyiniz kimi, ölkəmizi avrokuboklarda təmsil edəcək klublarımızın rəqibləri bu gün püşkatmadan sonra bəlli olub.
Fanat.Az rəqiblərimiz bəlli olduqdan komandaların düşərgəsində vəziyyətin necə olduğu ilə maraqlanıb.
"Keşlə" klubundan saytımıza verilən məlumata görə, komandadanın düşərgəsində vəziyyət yaxşıdı və paytaxt təmsilçisi Albaniya "Laçi”si ilə oyuna fasiləsiz hazırlaşacaq.
Şimali Makedoniyanın "Şkupi” komandası ilə qarşılaşacaq "Neftçi"nin düşərgəsində isə əhval-ruhiyyə çox yüksəkdi. Belə ki, klubdan Fanat.Az-a verilən məlumata görə, püşkün nəticəsi "Neftçi" üzvlərinin ürəyincə olub.
Qeyd edək ki, Avropa Liqasının I təsnifat mərhələsinin oyunları avqustun 27-də gerçəkləşəcək.
Röya Kərimli