"Keşlə” növbəti transferini reallaşdırıb.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, Bakı təmsilçisi braziliyalı müdafiəçi Artur Batista de Souzanı heyətinə qatıb. 26 yaşlı oyunçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.
Qeyd edək ki, 26 yaşlı futbolçu karyerasına Braziliyanın "İnternasional" (2015-2018) klubunda başlayıb. 2017-ci ildə Braziliyanın "Ponte Preta", 2018-də isə "Brasil de Pelotas" və "Krikiuma" klublarlna icarəyə verilən Artur 2018-ci ildən Ukrayna təmsilçisi "Vorskla”da forma geyinib. Son mövsümdə bu komandanın heyətində 15 oyuna çıxan futbolçu 3 məhsuldar ötürmə edib.
Fanat.Az