Polşanı Avropa Liqasında təmsil edən "Legiya”nın bu gün oyunöncəsi mətbuat konfransı baş tutacaq.
Fanat.Az xəbər verir ki, "Slaviya" (Praqa) ilə matç ilə bağlı jurnalistlərin qarşısına Polşa təmsilçisinin baş məşqçisi Çeslav Mixneviçlə yanaşı, həmyerlimiz Mahir Emreli də çıxacaq.
Tədbir bu gün Bakı vaxtı ilə saat 14.00-da baş tutacaq.
Qeyd edək ki, mətbuat konfransı klubun "YouTube" kanalı vasitəsilə canlı yayımlanacaq.
Mirağa