Qəbələdə təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində yoxlama oyunu keçirib.
Fanat.Az xəbər verir ki, yığmamız Birinci Divizion təmsilçisi “Zaqatala” ilə qarşılaşıb.
Görüş millimizin 2:0 hesablı qələbəsi ilə başa çatıb. U-19-un qollarını Vüsal Qənbərov və Mahmud Ağayev vurub.