Bayıl stadionunda təmir işlərinə start verilib.
Fanat.Az xəbər verir ki, "ASCO Arena"nın VİP-tribunasında yenidənqurma işləri aparılır.
Fəxri qonaqlar üçün nəzərdə tutulan tribunanın oturacaqları yenilənir. Eləcə də VİP-tribunanın döşəməsindəki kafellər sökülüb yenisi ilə əvəzlənir. Təmir işlərinin qısa vaxt ərzində görülüb başa çatdırılması nəzərdə tutulur. Təmir işləri stadionda çempionat oyunlarının keçirilməsinə əngəl yaratmayacaq.
Qeyd edək ki, "ASCO Arena” 2012-ci ilin avqustunda istifadəyə verilib. Burada yerləşən baza isə 2018-ci ildə hazır vəziyyətə gətirilib və "Səbail” klubunun ixtiyarındadır.
Mirağa