
"Səbail"in yeni transferi Qoba Zakpa Azərbaycan təmsilçisinə keçidi haqda fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, Fil Dişi Sahilindən olan vinger bu barədə özünün "Instagram" səhifəsində paylaşım edib:
"Komandada məni çox yaxşı qarşıladılar. İnfrastruktur və təşkilatçılıq yüksək səviyyədədir. Mən artıq buranı sevirəm".
Qeyd edək ki, "Səbail" Fil Dişi Sahilindən olan futbolçu ilə 1 illik müqavilə imzalayıb.
Mirağa