
Misli Premyer Liqasında 4-cü tur davam edir.
Fanat.Az xəbər verir ki, dünən start götürən tur çərçivəsində bu gün daha iki görüş baş tutacaq.
Günün ilk, həm də turun mərkəzi oyununda son çempion "Sabah" ilə hazırki lider "Zirə" üz-üzə gələcək. Başqa sözlə, avqustun 10-da Çempionlar Liqasının Liqa mərhələsinin ilk matçına çıxacaq "bayquşlar"ı "Mançester Yunayted"lə görüşə "qartallar" yola salacaq. Mümkündür ki, zədə və güc ehtimalını nəzərə alacaq Valdas Dambrauskas əsas heyət üzvlərini az oynatsın. Bu isə Rəşad Sadıqovun komandasının işinə yaraya, Masazırdan sərfəli nəticə ilə ayrıla bilər.
Günün ikinci oyunda paytaxt komandaları üz-üzə gələcəklər. "Neftçi" debütant "Şəfa"nı qonaq edəcək. Ötən tur "Zirə" ilə görüşdəki məğlubiyyətlə azarkeşlərini üzən "ağ-qaralar" "hepardlar"la dueldə yarasını sarımağa çalışacaq.
Xatırladaq ki, turun açəıə. oyununda "Qəbələ" evdə "İmişli"ni 2:1, "Şamaxı" isə səfərdə "Kəpəz"i 4:1 hesabı ilə üstələyib.
Tura sabah keçiriləcək “Turan Tovuz” – “Sumqayıt” və “Qarabağ” – “Araz-Naxçıvan” qarşılaşmaları ilə yekun vurulacaq.
Misli Premyer Liqası
4-cü tur
5 sentyabr
18:30. "Sabah” – “Zirə”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Zöhrab Abbasov, Əli Əliyev.
VAR: Tural Qurbanov.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Masazır. “Bank Respublika Arena”.
20:30. “Neftçi” – “Şəfa”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elvin Bayramov.
VAR: Fərid Hacıyev.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Novruz Əzimov.
Bakı. “Palms Sports Arena”.