
Cənubi Koreyanın Muju şəhərində parataekvondo üzrə ən reytinqli idmançıların mübarizə apardığı Qran-pri keçirilib.
Fanat.Az xəbər verir ki, azərbaycanlı idmançı Sabir Zeynalov yarışın qalibi olub.
K44 kateqoriyasında 58 kq çəki dərəcəsində çıxış edən parataekvondoçumuz 1/4 finalda yaponiyalı Mitsuya Tanakanı, yarımfinalda tayvanlı Xiang Weni qalib gəlib.
Finalda isə braziliyalı Gustavo Ruppeli məğlub edərək turnirin qızıl medalını qazanıb.