
"Real Madrid" və "Milan"ın braziliyalı keçmiş oyunçusu Robinyonun oğlu, yarımmüdafiəçi Robinyo Junior İtaliyanın "Cenoa" klubu ilə rəsmi müqavilə imzalayıb.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 18 yaşlı braziliyalı futbolçu "Santos"dan icarəyə götürülüb.
Oğul-Robinyonun transfer dəyəri 5 milyon avro qiymətləndirilir.
Gənc yarımmüdafiəçi "Santos"un əsas heyətdə 27 oyun keçirib və 1 məhsuldar ötürmə edib.
Xatırladaq ki, "Cenoa" hazırda İtaliya A Seriyasının turnir cədvəlində 16-cı yerdədir. Genuyalılar ilk iki turda xal qazana bilməyiblər.
Mirağa