"Qarabağ"ın İsveçrənin "Sürix" klubuna uduzacağı təqdirdə, UEFA Avropa Liqasının III təsnifat mərhələsindəki potensial rəqibi bəlli olub.
Fanat.Az xəbər verir ki, "köhlən atlar" "Linfild" (Şimali İrlandiya) / "Budyo Qlimt" (Norveç) cütünün məğlubu ilə üz-üzə gələcək.
"Qarabağ" mübarizəsini UEFA Avropa Liqasında davam etdirsə, ilk oyununu avqustun 4-də səfərdə, cavab görüşünü avqustun 11-də evdə keçirəcək.