“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin püşkatması zamanı hansı səbətdə yer alacağı dəqiqləşib.
Fanat.Az xəbər verir ki, ağdamlılar 2-ci səbətdə olacaq.
Türkiyənin “Trabzonspor” və Norveçin “Budyo Qlimt” komandalarının Çempionlar Liqasında mübarizəni dayandırması "köhlən atlar"ın işinə yarayıb.
Belə ki, UEFA reytinqində ağdamlılardan geridə olan bu kollektivlərin Avropa Liqasının qrupuna düşməsi Azərbaycan çempionunun 2-ci səbətdə yer almasını şərtləndirib.
Qeyd edək ki, AL-in qrup mərhələsinin püşkatma mərasimi avqustun 26-da baş tutacaq.
Nihat