“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Yunanıstan “Olimpiakos”u rəsmi saytı vasitəsi ilə daha bir transferini açıqlayıb.
Fanat.Az xəbər verir ki, Pirey təmsilçisi Danimarkanın “Kopenhagen”indən Pep Bieli heyətinə qatıb.
Hücumameyilli yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
“Olimpiakos” 25 yaşlı yarımmüdafiəçinin transferi üçün Danimarka klubuna 6 milyon avro ödəyib.
Qeyd edək ki, 2019-cu uldən "Kopenhagen"də olan ispaniyalı futbolçu bu komandada 128 oyuna 32 qol və 28 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat