Fransanın "Nant" komandasının baş məşqçisi Antuan Kombuare Azərbaycan təmsilçisinə qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyunu ilə bağlı fikirlərini klubun rəsmi saytına bölüşüb.
Fanat.Az xəbər verir ki, 59 yaşlı çalışdırıcı belə danışıb:
"Qarabağ"la oynamaq üçün uzun səyahət etməliyik ki, bu da çox çətindir. Bərpa və məşqlər üçün infrastruktur məsələləri var. Avrokubok matçından 3 gün sonra çempionatda "Lans"la üz-üzə gələcəyik. Farnsaya Bakıdakı oyundan sonra və ya ertəsi gün qayıdacağımız hələ dəqiqləşməyib".
Qeyd edək ki, sentyabrın 15-də keçiriləcək "Nant" - "Qarabağ" oyunu saat 20:45-də başlayacaq. Bu gün Liqa 1-in VII turunda "Lorient"in qonağı olacaq "Nant" sentyabrın 18-də "Lans"ı qəbul edəcək.