"Turan Tovuz"un futbolçusu Siyanda Xulu Cənubi Afrika Respublikası millisinə dəvət alıb.
Fanat.Az xəbər verir ki, 31 yaşlı müdafiəçi Syerra Leone və Botsvana ilə oyunlar üçün yığmaya çağrılıb.
CAR bu rəqibləri ilə uyğun olaraq, sentyabrın 24-də və 27-də qarşılaşacaq.
Qeyd edək ki, Siyanda Xulu cari mövsümün əvvəlindən "Turan Tovuz"da çıxış edir.