13:06 10.10.2022 3952

\"Şahruddin çərçivədə yaxşıdır, amma ...\" - Aslan Kərimov

Oktyabrın 6-sı UEFA Avropa Liqasının qrup mərhələsinin III oyununda "Qarabağ" səfərdə "Olimpiakos"u 3:0 hesabı ilə məğlub edib.  Növbəti turda komandalar yenidən qarşılaşacaq. Bu dəfə isə Bakıda. 

"Qarabağ"ın və Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Aslan Kərimov Fanat.Az-a açıqlamasında "köhlən atlar"ın səfər oyunu və Bakıda baş tutacaq qarşılaşma barədə fikirlərini bölüşüb:

"İlk oyundan öncə saytınıza açıqlamamda üstünlüyün "Qarabağ"ın tərəfində olacağına və onların matçdan qalib ayrılacağına proqnoz vermişdim. Bunun səbəbini açıqlamaq istərdim. Əvvəla ondan başlayaq ki, "Olimpiakos"un ulduz futbolçular cəlb etməsində məqsəd kommersiya tərəfidir. Karyerasının sonlarında tanınmış oyunçu almaq siyasəti uğur qazanmağa mane olur. Komandanın ulduz futbolçularının nüfuzu yeni gələn çalışdırıcıdan çoxdur. Hansısa futbolçunun səlahiyyəti, keyfiyyəti və məşhurluğu baş məşqçidən çox olanda, klubun daxilində nizam-intizam problemləri olur. Bu pruktikanı Türkiyə komandalarında müşahidə edə bilərik.

Bundan əlavə, əsas heyətin 4-5 aparıcı futbolçusunun oynaya bilməyəcəyi məlum idi. Hücum xəttində ardıcıl qollar vuran forvardların yoxluğu da belə düşünməyə səbəb idi.

Onların oyununa bir daha baxası olsaq görərik ki, həqiqətən də oyun nizam-intizamından söhbət gedə bilməz. Məsələn, mərkəz müdafiəçisinin arxada hücumçunu istədiyi kimi aldatmağa çalışması, özü bildiyi kimi ötürmə etməsi intizamsız oyunun nümunəsidir". 

49 yaşlı mütəxəssis "Qarabağ"ın çıxışına da toxunub:  "Təbii ki, "Qarabağ"ın oyun üslubunu da qeyd etməliyik. Qələbədə hər bir futbolçunun özünə görə payı oldu. Həm Kadi, həm də Zubir rəqibin müdafiəsini rahatlıqla yarıb keçə bilirdi.

Düşünürəm ki, oyunun qırılma nöqtəsi Şahruddinin cərimə zərbəsindən vurulan topu qaytarması idi. Əslində dəqiq vurulmuş zərbə idi ki, qolkiperimiz bunun qapıdan keçməsinə imkan vermədi. Bu, Şahruddinə xas olan keyfiyyətlərdir. O, çərçivədə mükəmməldir, amma taktiki baxımdan səhvlər buraxır. Ötən oyunda ikinci hissənin əvvəlində də belə bir yalnışlığa yol verdi. Xoşbəxtlikdən top qapı dirəyinə tuş gəldi. Həmin epizodda qol olsaydı, sonra qalib gəlməyimiz çətin olacaqdı. Maksimum heç-heçə edə bilərdik. 

Buna baxmayaraq komandamız kifayət qədər yaxşı təsir bağışladı. Hansısa futbolçunun oyununu xüsusi vurğulamazdım. Hər bir mövqedə yaxşı çıxış etdik. Yarımmüdafiənin mərkəzində Qara və Medina Yankoviçin yoxluğunu hiss etdirmədi. Yenə qeyd edim, hansısa futbolçu xüsusilə yaxşı oynadı deyib, digərlərinin gördüyü işə kölgə salmaq düz olmazdı".

Kərimov Bakıda keçiriləcək cavab oyunu haqda da fikirlərini bölüşüb: "Bakıdakı oyun bizim üçün çətin olacaq. Yunanıstanda keçirdiyimiz oyunda rəqib istər-istəməz daha açıq futbol nümayiş etdirirdi. Bu isə "Qarabağ" üçün əlverişli idi. Rəqib komandanın Yunanıstanda oynamayan futbolçularınının gəlib-gəlməyəcəyi də bəlli deyil. Tam heyətlə gələsi olsalar, Bakıda bizi ağır oyun gözləyəcək. Sözsüz ki, qələbə də qazana bilərik. Amma ən azından səfərdəki kimi asan oyun olmayacaq. Hər-halda ümid edirəm ki, həmin oyun üslublarını tam olaraq ortaya qoya bilməyiblər". 

Emin Şəmsiyev

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 Aprel 2024
01:01

ÇL: PSJ və "Borussiya" yarımfinalda

16 Aprel 2024
20:30

Amrabat İtaliyaya qayıdacaq - "Fiorentina"ya yox, bu kluba

19:18

Laporta Xavini saxlaya biləcəyinə inanır

18:40

"Xabi Alonso "Real"ın baş məşqçisi olacaq" - "Bayer"in idman direktoru açıqladı

18:05

"Real"dan qorxmuruq" - Pep Qvardiola

17:56

"Bayern Münhen" forvardını satmağa hazırdır

17:33

"Verder" Keytanı heyətdən kənarlaşdırdı - SƏBƏB

17:14

"İstərdik ki, həmin oyunlar da ətraflı araşdırılsın" - "Araz Saatlı" rəsmisi

16:55

Keyn "Bayer Leverkuzen"in çempion olmasına belə reaksiya verdi

16:35

Dadaşov üçün mövsüm vaxtından əvvəl bitdi

16:12

"Qızıl top"a əsas namizədlər bilindi - Foden ikinci, Messi sonuncudur

15:55

"Golden Boy" mükafatı kimə veriləcək? - NAMİZƏDLƏR

15:37

Bataqlıqdan çırtlayan ümid

15:20

"Barselona"dan braziliyalı ulduzu üçün 20 milyonluq "divar"

15:01

Legioner limiti dəyişsə... - Nə itirib nə qazanacağıq?

14:41

Dünya Kuboku: Azərbaycanı təmsil edəcək gimnastlar bəlli oldu

14:20

“Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlandı

13:52

Musa Qurbanlı İsveçdə növbəti qolunu vurdu

13:31

Almaniyalı dünya çempionu vəfat etdi

13:13

Millinin heyəti açıqlandı

12:54

"Barselona" azarkeşləri PSJ-ni yatmağa qoymadı - FOTO

12:37

Luis Enrike vəd verdi: "Geridönüş edəcəyik!"

12:20

Braziliya klubu romalıların liderini apardı - RƏSMİ

12:11

Simeone "Borussiya" ilə cavab matçından nə gözləyir?

11:54

"Barselona" Rafinyanı bu qiymətə satmağa hazırdır

11:37

Kriştianu Ronaldu diskvalifikasiya ediləcək

11:20

Torqan Hazar ağır zədə aldı - Belçikalı üçün il erkən bitdi

11:03

Azərbaycan millisi Gürcüstanla üz-üzə

10:45

"Milan" Konte ilə danışıqları dayandırdı - SON DURUM

10:24

"Murad Musayev avtoritet məşqçi deyil"

10:02

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

09:43

İddiaçılar Turniri: Nicat Abasov ABŞ şahmatçısına uduzdu

09:00

Cəlal oynadı, komandası “Ludoqorets”lə nə etdi?

01:29

"Çelsi" "Everton"a divan tutdu

00:44

"Valensiya"ya 1 qol kifayət etdi

00:30

Sonuncu gündə 2 heç-heçə

00:10

"Qalatasaray" səfərdə darmadağınla qalib gəldi

15 Aprel 2024
22:00

Şeydayevin klubu TFF-nin qərarının ləğv edilməsini istəyir

21:18

Futbolçuları 19 yaşdan sonra aşağı liqalara sürükləmək futbol cinayəti olar

20:33

"Fərq bundadır" - Pedri PSJ-dən nədə üstün olduqlarını dedi

Facebookdan bizi izləməyi unutmayın.
X