Azərbaycan Basketbol Liqasında 14-cü turun oyunları bu gün davam etdiriləcək.
Fanat.Az xəbər verir ki, turun ikinci oyun günündə bir qarşılaşma keçiriləcək. “Zirvə” Astarada “AAAF Xırdalan”ı qəbul edəcək.
Görüş saat 15:00-da başlayacaq.
Turun daha iki oyunu sabah Bakının “Sərhədçi” İdman Mərkəzində keçiriləcək.
17:30. "Sərhədçi" - "Gəncə"
20:00. NTD - "Neftçi"
Qeyd edək ki, turun ilk oyununda “Sabah” “Olimpik Şəki"ni məğlub edib – 77:72.