Basketbol üzrə U-20 Azərbaycan yığması Şəkidə təlim-məşq toplanışı keçirir.
Fanat.Az xəbər verir ki, Anar Sarıyev və Fərid Əmirovun rəhbərlik etdiyi komanda gündə iki dəfə məşq edir. Toplanış iyunun 15-də başa çatacaq.
Toplanışın əsas məqsədi iyulun 7-17-də Şimali Makedoniyada keçiriləcək Avropa çempionatına hazırlıqdır. Azərbaycan basketbolçuları B divizionunda çıxış edəcəklər.