Azərbaycan Basketbol Liqasının (ABL) 3-cü turunda keçirilməli olan "Neftçi" - "Gəncə" oyunu təxirə salınıb.
Fanat.Az xəbər verir ki, informasiyanı ABL-in mətbuat xidməti yayıb.
Buna paytaxt təmsilçisinin Avropa Kubokunda mübarizə aparması əsas göstərilib.
3-cü turun qarşılaşmaları 17-19 oktyabr aralığında baş tutacaq.
Qeyd edək ki, "Neftçi" Avropa Kubokunun əsas mərhələsinin 1-ci turunda Estoniya "Kalev"i ilə üz-üzə gələcək. Qarşılaşma oktyabrın 21-də Bakı İdman Sarayında, saat 19:00-da start götürəcək.