
"Sumqayıt" "Sabah"ın sabiq basketbolçusu Fuad Niftəliyevi transfer edib.
Fanat.Az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb.
45 yaşlı oyun qurucusu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, Fuad Niftəliyev "Sabah"ın heyətində 2 dəfə Azərbaycan çempionu olub. O, mövsümün ilk iki oyununda "Naxçıvan" klubunun heyətində meydana çıxıb.