
Bu gün Azərbaycanın kişilərdən ibarət basketbol komandaları FIBA Avropa Kubokunun əsas mərhələsində növbəti oyunlarını keçirəcəklər.
Fanat.Az xəbər verir ki, I qrupunda yer alan "Neftçi" ilə "Abşeron Lions" yarışın 5-ci turu çərçivəsində səfərdə oynayacaqlar.
Estoniyanın "Kalev" komandası ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da Tallindəki "Kalev İdman Arenası"nda start götürəcək.
Qrupun digər görüşündə "Abşeron Lions" Polşa təmsilçisi "Trefl"lə münasibətlərə aydınlıq gətirəcək. Bu görüş 22:15-də Sopotdakı "Sentennial Sport Hall"da baş tutacaq.
FİBA Avropa Kuboku
I qrupu, 5-ci tur
12 notyabr
21:30. "Kalev" (Estoniya - "Neftçi" (Azərbaycan)
Tallin. "Kalev Sport Arena".
22.15. "Trefl" (Polşa) - "Abşeron Lions" (Azərbaycan)
Sopot. "Sentennial Sport Hall".
1. Trefl 4 3 1 +62 7
2. Neftçi 4 3 1 +5 7
3. Abşeron Lions 4 1 3 -5 5
4. Kalev 4 1 3 -59 5