
Qadın basketbolçulardan ibarət Azərbaycan millisi AÇ-2027-nin seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib.
Fanat.Az xəbər veriri ki, E qrupunda yer alan təmsilçimiz 2-ci turda Monteneqro millisini qəbul edib.
Bakı İdman Sarayında baş tutan qarşılaşma rəqibin böyük hesablı qalibiyyəti ilə yekunlaşıb - 104:62.
Beləliklə, xanım basketbolçular ilk turdakı kimi böyük hesabla uduzub. Azərbaycan startda Bolqarıstana 48:141 hesabı ilə uduzmuşdusa, Monteneqro öz meydanında Ukraynaya (65:71) məğlub olmuşdu.
Komandamız növbəti dəfə noyabrın 18-də Ukrayna ilə üz-üzə gələcək. Gələn ilin martında qrupda daha üç oyun keçiriləcək.
AÇ-2027, seçmə mərhələ
2-ci tur, E qrupu
15 noyabr
Azərbaycan – Monteneqro 62:104 (18:36, 16:25, 9:28, 19:15)
Bakı. İdman Sarayı.
1. Monteneqro 2 1 1 +36 3
2. Bolqarıstan 1 1 0 +93 2
3. Ukrayna 1 1 0 +6 2
4. zərbaycan 2 0 2 -135 2