
Bu gün Kosovonun paytaxtı Priştinada 3x3 basketbol üzrə Avropa Kubokunun seçmə mərhələsi başlayır.
Fanat.Az xəbər verir ki, Erika Karter, Dina Ulyanova, Alexandra Mollenhauer və Tatyana Deniskinadan formalaşdırılan Azərbaycan milli komandası ilk gündə iki matç keçirəcək.
A qrupunda mübarizə aparan təmsilçimiz Malta və Kipr komandalarına qarşı oynayacaq.
Əvvəlcə saat 16:50-də kiprliləri sınağa çəkəcək milli 20:35-dən etibarən maltalılarla üz-üzə gələcək.
Avropa Kuboku
Seçmə mərhələ, A qrupu
13 iyun
16:50. Azərbaycan – Kipr
20:35. Azərbaycan – Malta
Qrupda növbəti matçlar iyunun 14-də baş tutacaq.