
"Sabah" basketbol klubu litvalı forvard Mindauqas Suşinskası transfer edib.
Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
204 sm boya malik oyunçu ilə 2 illik müqavilə imzalanıb.
O, karyerası ərzində Litvanın "Alytaus Dzūkija", "Prienai", Almaniyanın "NINERS Chemnitz" və İspaniyanın "Basquet Girona" klublarının formasını geyinib.
Qeyd edək ki, M.Suşinskas Almaniya təmsilçisinin heyətində FIBA Avropa Kubokunda orta hesabla 11,3 xal, 4 ribaund və 2,5 məhsuldar ötürmə ilə çıxış edib. Basketbolçu son 3 mövsümü İspaniyanın ACB Liqasında keçirib.