
Azərbaycanın "LANDAU Lions" basketbol komandası avrokuboklarda mübarizəyə başlayıb.
Fanat.Az xəbər verir ki, sözügedən kollektiv FIBA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Latviya təmsilçisi "VEF Riqa" ilə qarşılaşıb.
Bolqarıstanın Samokov şəhərində reallaşan qarşılaşma rəqibin 105-88 hesablı qələbəsi ilə yekunlaşıb.
Çempionlar Liqası ilə vidalaşan "LANDAU Lions" yoluna Avropa Kubokunun G qrupunda davam edəcək.
Xatırladaq ki, Azərbaycanın digər təmsilçisi "Sabah" FIBA Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparacaq.
Toğrul