Məhəmməd Əlinin nəvəsi Niko Əli Uolş peşəkar boksda ilk döyüşünü keçirib.
Fanat.Az xəbər verir ki, 21 yaşlı boksçu Oklahomada keçirilən qarşılaşmada rəqibi Cordan Uiksi ilk raundda nokautla məğlub edib.
Dünyaca məşhur dəri əlcək ustasının qızı Rəşidə Əli ilə Robert Uolşun oğlu olan Niko rinqə babasının hədiyyə etdiyi şortla çıxıb.
Gənc boksçu ilk qələbəsini də 2016-cı ildə vəfat etmiş babasına həsr etdiyini açıqlayıb.
Məhəmməd Əli ilə bağlı düşüncələrini bölüşən Uolş bunları deyib: "Üzərimdə çox böyük basqı olduğu təəssüratı yarana bilər, amma o, mənim sadəcə babamdır. Məhəmməd Əli bütün dövrlərin ən yaxşı boksçusu, bəlkə də ən böyük insanıdır".
Sahib Əsədbəyli