
İngiltərənin "Nyukasl" klubunun istedadlı müdafiəçisi Lyuis Holl yay transfer bazarının ən çox arzulanan simalarından birinə çevrilib.
Fanat.Az insayder Ben Ceykobsa istinadən xəbər verir ki, gənc futbolçu komandadan ayrılmaq istəsə, "Mançester Yunayted" onu transfer etmək üçün dərhal hərəkətə keçəcək.
"Qırmızı şeytanlar" müdafiənİn sol cinahındakı problemləri həll etmək üçün ingilis oyunçunu əsas hədəf seçiblər.
"Nyukasl"ın bu potensial transferə necə reaksiya verəcəyi isə yaxın günlərdə bəlli olacaq.