Azərbaycan Cüdo Federasiyası (ACF) rəsmi maskotunu təqdim edib.
Fanat.Az xəbər verir ki, bu barədə ACF-nin rəsmi “Facebook” hesabında paylaşım olunub.
Maskot LEDO adlanır. O, ilk dəfə Milli Gimnastika Arenasında gerçəkləşəcək “Böyük Dəbilqə”də azarkeşlərin qarşısına çıxacaq.
Qeyd edək ki, yarış 22-24 sentyabrda baş tutacaq.