
"Qarabağ" futbolçusu Bədavi Hüseynovla müqavilə yeniləyib.
Fanat.Az Ağdam təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, əvvəlki sözləşməsinin müddəti bu ayın sonunda başa çatacaq Azərbaycan millisinin müdafiəçisi 1 illik sazişə imza atıb.
2012-ci ildən "Qarabağ"ın formasını geyinən Hüseynov o vaxtdan bəri Premyer Liqada meydana çıxdığı 267 oyunda 5 qol vurub.
O, "Qarabağ"la 11 dəfə Azərbaycan çempionu, 5 dəfə ölkə kubokunun qalibi olub. Bıdavi millidə 82 matçda 1 dəfə fərqlənib.