Azərbaycanın cüdo üzrə qadınlardan ibarət milli yığma komandası Yaponiyda təşkil olunan beynəlxalq təlim-məşq toplanışında iştirak edir.
Fanat.Az xəbər verir ki, cüdoçularımız 4-8 dekabrda hazırlıq prosesinin ilk həftəsinə qatılıb.
11 dekabrdan isə təlim-məşq toplanışının ikinci həftəsində iştirak edəcəklər.
Təlim-məşq toplanışında Leyla Əliyeva, Könül Əliyeva, Vüsalə Hacıyeva, Gültac Məmmədəliyeva, Xədicə Qədəşova, Aydan Vəliyeva, Fidan Əlizadə, Acelya Toprak, Aytac Qardaşxanlı və Südabə Ağayeva iştirak edirlər.
Cüdoçulara qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov və qadınlardan ibarət yığmanın məşqçisi Kifayət Qasımova rəhbərlik edir.
Cüdoçularımız beynəlxalq təlim-məşq toplanışından sonra 23 dekabra qədər Yamanaşi Universitetində cüdo təlim düşərgəsində hazırlıq proseslərini davam etdirəcəklər.
Qeyd edək ki, cüdoçularımız noyabrın 27-dən dekabrın 4-nədək Şukutoku Universitetində təlim düşərgəsində iştirak ediblər.
Təlim-məşq toplanışı 2024-cü ildə Fransada keçiriləcək Yay Olimpiya Oyunlarına uzunmüddətli hazırlığın bir hissəsidir.