
“Neftçi” yeni mövsüm üçün növbəti transferini həyata keçirib.
Fanat.Az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb.
Paytaxt təmsilçisi braziliyalı yarımmüdafiəçi Qustavo Klisman Dimaraeş Mirandanı heyətinə cəlb edib. 26 yaşlı futbolçu ilə "2+1" illik müqavilə bağlanıb. O, "ağ-qaralar"ın heyətində 20 nömrəli formanı geyinəcək.
Karyerasının böyük hissəsini Portuqaliyada keçirən Klisman 2025-ci ildə icarə əsasında Yaponiyanın “Vissel Kobe” klubunda çıxış edib.
O, sonuncu klubu “Santa Klara”nın heyətində 74 oyun keçirib, 3 qol və 7 assist müəllifi olub.