
Hazırda davam edən futbol üzrə dünya çempionatının qrup mərhələsinin 2-ci turunda
baş tutan Ekvador - Kurasao matçının (0:0) ən yaxşı futbolçusu açıqlanıb.
Fanat.Az FİFA-nın rəsmi saytına istinadən xəbər verir ki, tarixində ilk dəfə mundiala qatılan Kurasao yığmasının qapıçı Eloy Rom fərqləndirilib.
Sözügedən qolkiper matç ərzində komandasını 15 seyvlə yadda qalıb.

Qeyd edək ki, ABŞ, Kanada və Meksikada təşkil olunan DÇ-2026 iyunun 11-də başlayıb. Turnir iyulun 19-da yekunlaşacaq. Son dünya çempionu Argentina millisidir.
Toğrul