
Hazırda davam edən futbol üzrə dünya çempionatının qrup mərhələsinin 2-ci turunda
Ekvador seçməsi Kürasao millisi ilə qarşılaşıb.
Fanat.Az xəbər verir ki, "Kanzas Siti" stadionunda keçirilən E qrupunun matçında hesab açılmayıb.
DÇ-2026
2-ci tur, 21 iyun
E qrupu
Ekvador - Kürasao 0:0
Daha sonra F qrupunda Yaponiya yığması Tunislə münasibətlərinə aydınlıq gətirib.
Asiya təmsilçisi 5:0 hesablı darmadağına sevinib.
DÇ-2026
2-ci tur, 21 iyun
F qrupu
Yaponiya - Tunis 4:0
Qollar: Daiti Kamada, 4. Ayase Ueda, 31;83. Cunya İto, 69.
Qeyd edək ki, ABŞ, Kanada və Meksikada təşkil olunan DÇ-2026 iyunun 11-də başlayıb. Turnir iyulun 19-da yekunlaşacaq. Son dünya çempionu Argentina millisidir.
Toğrul