
“Liverpul”un Erlinq Holandı heyətinə qatmaq planı ilə bağlı yeni məlumat yayılıb.
Fanat.Az xəbər verir ki, informasiyanı "TeamTalk" yayıb.
Mersisayd klubunun norveçli hücumçu ilə maraqlanması barədə xəbərlər “Mançester Siti”nin maliyyə işi fonunda gündəmə gəlib. Holandın gələcəyi ilə bağlı müxtəlif ssenarilər müzakirə olunsa da, “Liverpul”un onun transferi üçün konkret addım atmağa hazırlaşmadığı bildirilir.
Holandın “Mançester Siti” ilə uzunmüddətli müqaviləsi var. Bununla belə, klubun maliyyə işi üzrə mümkün sanksiyalarla üzləşməsi komandanın bir sıra əsas futbolçularının gələcəyini sual altına sala bilər. Norveçli forvard da mümkün ayrılıq halında adı çəkilən futbolçulardan biridir.
Əlisahib İbrahimli