Azərbaycan cüdo millisinin Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək Qran Pri üçün heyətində ciddi dəyişiklik olub.
Fanat.Az Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yarış üçün sifariş olunan yığma üzvlərinin sayı 6-dan 2-yə endirilib.
İlkin heyətdən yalnız Məmmədəli Mehdiyevin (90 kq) adı siyahıda qalıb. Onunla yanaşı, Hidayət Heydərov (73 kq) heyətə daxil edilib.
Qeyd edək ki, Tokio 2020 Yay Olimpiya Oyunlarından sonra "Dünya turu" seriyasından ilk yarış olan Zaqreb Qran Pri turniri 24-26 sentyabrda baş tutacaq.