Gənclərdən ibarət Azərbaycan cüdo millisinin qarşıdakı dünya çempionatı üçün heyəti məlum olub.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, yığma komandamız yarışda 9 (5 oğlan, 4 qız) cüdoçu ilə təmsil olunacaq.
Məşqçilər heyəti oğlanlardan Turan Bayramov (60 kq), Rəşad Quluzadə, Kamran Süleymanov (66 kq), Nəriman Mirzəyev (73 kq) və Elcan Hacıyevə (81 kq) şans verəcək. Qızlardan isə Aydan Vəliyeva (48 kq), Səbinə Əliyeva (52 kq), Rita Əliyeva (63 kq) və Nərmin Əmirli (78 kq) tatamiyə çıxacaq.
Qeyd edək ki, dünya birinciliyi 6-10 oktyabrda İtaliyanın Olbiya şəhərində keçiriləcək. İlk dörd gün fərdi, son gündə qarışıq komanda yarışı baş tutacaq. Millimiz komanda yarışında təmsil olunmayacaq.
Sahib Əsədbəyli