Azərbaycan cüdoçusu Hidayət Heydərov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran-Pri turnirinin qalibi olub.
Fanat.Az xəbər verir ki, mübarizəyə 1/16 finaldan qoşulan millimizin 73 kiloqram çəki dərəcəsindəki üzvü ardıcıl Yehonatan Elbaz (İsrail), Petru Pelivan (Moldova), Aleksandru Rayku (Rumıniya), Maxmadbek Maxmadbekov (Rusiya) və Viktor Sterpu (Moldova) üzərində qələbə qazanaraq, yarışın baş mükafatına sahib çıxıb.
Bununla o, hesabına 700 reytinq xalı da yazdırıb.
Sabah - turnirin son günündə yığmamızın digər üzvü Məmmədəli Mehdiyev (90 kq) tatami üzərinə çıxacaq. Yarış iştirakçılarının reytinqində ilk sırada olan 28 yaşlı cüdoçu 1/8 finalda Sebastian Oldak (Polşa) / Vitali Şepel (Ukrayna) cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, Qran-Pridə 35 ölkədən 243 cüdoçu mübarizə aparır.
Sahib Əsədbəyli