13:45 02.10.2021 1218

"Hidayətin qızıl medalı məni sevindirdi" - Rüstəm Orucov

Azərbaycanın kişilərdən ibarət cüdo millisinin kapitanı Rüstəm Orucov Fanat.Az-a müsahibə verib.

Avropa çempionu, Rio 2016 Yay Olimpiya Oyunlarının və dünya çempionatlarının ikiqat gümüş mükafatçısı Tokio 2020-dən sonra ilk iştirak edəcəyi yarışdan, Hidayət Heydərovla aralarındakı rəqabətdən və digər məsələlərdən danışıb.

- Paris "Böyük Dəbilqə" turnirini buraxacaqsınız. Qarşıda sizi hansı yarışda görə biləcəyik?
- Parisə getmək istəyirdim. Çiynimdəki zədə səbəbindən bu, alınmadı. Fikirləşdim ki, bu halda gedərəm, Olimpiadadan sonra ilk yarışda çıxışım uğurlu alınmaz, ruhdan düşərəm. İnşallah, Bakı "Böyük Dəbilqə"sində mübarizə aparacağam. 

- Bakı "Böyük Dəbilqə"si Zəfər Günü ərəfəsinə düşdüyü üçün turnirin bu il fərqli ab-havada keçməsi gözlənilir. Həm də yığmanın kapitanı qismində ilk yarışınız olacaq.
- Bakıdakı yarış həmişə güclü keçib. Adətən kifayət qədər tanınmış cüdoçular iştirak ediblər. Yaponiya və Fransadakı "Böyük Dəbilqə" turnirlərindən sonra səviyyəli yarışlardan biridir. Amma doğrudur, Zəfər Gününə görə builki məsuliyyət əvvəlki illərdən çoxdur. Mənim üçün bu yarışın əhəmiyyəti böyükdür. Olimpiadadan sonra özümə inamı yüksəltmək üçün doğma meydanda mütləq yaxşı nəticə qazanmalıyam.

- Bu baxından yəqin ki, ancaq "qızıl" qane edəcək...
- Nə vaxt "qızıl" söz verirəm, alınmır. Yaxşısı, bu dəfə deməyim. Medal olar, inşallah.

- Komanda yoldaşınız Hidayət Heydərov yenidən sizinlə bir çəki dərəcəsinə - 73 kiloqrama qayıdıb. Ötən həftə də Zaqrebdə keçirilən Qran-pridə birinci oldu. Onun çıxışını izlədinizmi?
- Bəli, izlədim. Çox yaxşı mübarizə apardı. Hidayətin qızıl medalı məni də sevindirdi. 

- Yarışın rəqabət səviyyəsi barədə nə demək olar?
- Zəif yarış deyildi. Güclü idmançılar var idi. Məsələn, Hidayətin finalda udduğu moldovalı Viktor Sterpu 2020-ci ilin Avropa çempionudur. 

- Belə görünür ki, Paris 2024 üçün də aranızda güclü  rəqabət gedəcək. İndidən bu haqda deyəcəyiniz nəsə varmı?
- Rəqabət məni həmişə sevindirib. Hətta istəyirəm ki, bizim çəkidə güclü uşaqlar daha çox olsun. Belə olanda, mənim üçün də yaxşı olur.

- Necə fikirləşirsiniz, yaxın zamanda sizə yeni simalar qoşula bilər?
- Nurlan Osmanovda potensial hiss edirəm. O, axırıncı yarışlarda yaxşı güləşdi. 

Mən istəyərəm, tək bizim çəkidə yox, bütün çəkilərdə böyük rəqabət olsun. Bunun üçün də gərək gənc idmançıları bir yox, bir neçə dəfə yarışa aparasan ki, onlar da özünü sübut edə bilsinlər. Məsələn, bizim çəkidə çıxış edən isveçli Masias Tommini əvvvəllər hansı yarışa gətirirdilər, uduzurdu. Hamı üçün asan "yem" idi. Amma təcrübə yığa-yığa çəkinin ən yaxşılarından birinə çevrildi. Finalda məni udub II Avropa Oyunlarının çempionu oldu, dünya çempionatının finalına çıxdı.  Bizdə də bu potensiala sahib uşaqlar çoxdur. Yeni məşqçilər heyəti bu məsələyə diqqət edəcəyini deyib. Ümid edirəm, yaxın zamanda yeni uğurlu simalar üzə çıxar.

- Aşağı çəkilərdəki Azərbaycan cüdoçularından söz düşərkən, hamının ağlına "yapon səddi" gəlir. Sizcə, yeni məşqçilərlə tilsimi qırmaq mümkün olacaq?
- Yeni məşqçilər komanda ilə əla anlaşır. İlk yarışdakı nəticə də yığmada işlərin yaxşıya doğru getməsindən xəbər verirdi. Yaponlara gəldikdə, Kəramət axırıncı dünya çempionatında Naqayamanı udmaqla artıq bu tilsimi qırıb. Özüm Parisdə ola bilməsəm də, Hidayət gedəcək. Hidayəti "qızışdıracam", gedib Haşimotonu udsun, nəhayət (gülür).

Sahib Əsədbəyli

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

05 Avqust 2026
12:41

Hakan Çalhanoğlu "İnter"dən ayrılır?

12:22

AL: Azərbaycan klublarının "hazırlaşdırdığı" "Ferenstvaroş" ÇL-dən qovulan Polşa təmsilçisinə qarşı

12:03

"Qarabağ" iki oyunun nəticəsinə görə "Dinamo Kiyev"ə qalib gələ bilər"

11:45

Mourinyu "Qalatasaray" ilə "Beşiktaş"ı məyus etdi

11:26

Bölgə təmsilçisi Bakıda hazırlıq keçəcək

11:07

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:51

"Sabah" bir addım öndədir" - Arif Əsədov

10:30

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:09

ÇL: "Fənərbağça" "Şturm"u qəbul edir

09:48

Məhəmməd Salah "Trabzonspor"da - RƏSMİ

09:25

"Sabah"ın Ulduzları"nda 2-ci tur başlayır - "Şəfa" yarışdan uzaqlaşdırıldı

09:00

Çempionlar Liqası: "Sabah" Danimarka çempionu ilə qarşılaşır

01:41

AL: 3-cü təsnifat mərhələsinə start verildi

01:30

KL: "Auda" minimal hesablı qələbəyə sevindi

01:14

ÇL: "Dinamo Zaqreb" darmadağına sevindi

00:33

"Trabzonspor" Salahı necə razı saldı?

04 Avqust 2026
23:43

"Turan Tovuz"dan 2 milyon dollarlıq müqavilə

23:12

Reynders A Seriyasına qayıdır

22:48

"Gəncə" Əlibəy Məmmədli ilə razılıq əldə edib

22:14

Fisnik Aslani "Leyptsiq" yolunda

21:51

Valdas Dambrauskas "Orhus"la matçdan əvvəl belə danışdı

21:19

"Tottenhem" Qakpo üçün hərəkətə keçdi

20:40

"Real"ın argentinalı ulduzu İtaliyaya gedir

20:19

"Qalatasaray" gənc futbolçunu istəsə də...

19:59

"Şamaxı" "Qəbələ"ni üstələdi

19:48

AMADA-nın maarifləndirmə proqramı keçirildi

19:21

Sadiq Quliyev "Karvan-Yevlax"da - RƏSMİ

18:48

I Liqada yeni mövsümün püşkü atıldı

18:09

Azərbaycan millisinin sabiq oyunçusu Region Liqasının debütantında oynayacaq

17:46

"Neftçi" bu komanda ilə yoxlama oyununa çıxacaq

17:32

"Kəpəz" moldovalı yarımmüdafiəçini heyətinə qatdı

17:13

"Şimal" "Metak"ın təmir edilməsini gözləyir

17:07

"Qarabağ" məşqçilərin peşəkar inkişafına yönəlmiş yeni təlim proqramına start verdi

16:48

Azərbaycanda yeni komanda yaradıldı

16:30

"Onlar da çempionluğa oynayacaqlar, amma..." - Vüqar Həsənov azarkeşlərə səsləndi

16:12

"Boluspor" azərbaycanlı futbolçunu transfer etdi

15:54

"Karvan-Yevlax" Elvin Yunuszadə ilə bağlı qərarını verdi

15:36

Ötən mövsümü Albaniyada keçirən azərbaycanlı qapıçının yeni iş yeri bilindi

15:18

Qurban Qurbanov jurnalistlərlə görüşəcək

15:01

Nəriman Axundzadənin "Ərzurumspor"da keçidi necə baş tutub? - Meneceri detalları açıqladı

Facebookdan bizi izləməyi unutmayın.
X