İtaliyanın Olbiya şəhərində keçirilən gənclər arasında dünya çempionatında Azərbaycanın daha iki cüdoçusu mübarizəyə qoşulub.
Fanat.Az xəbər verir ki, oğlanların 73 kq çəki dərəcəsində yarışan Nəriman Mirzəyev 1/32 finalda türkiyəli Umalt Demirelə "ippon"la uduzaraq mübarizəni dayandırıb.
Qız cüdoçumuz Rita Əliyeva (57 kq) da eyni aqibəti yaşayıb. Startda (1/16 final) fransalı Marta Favaza "ippon"la məğlub olan idmançımız yarışla vidalaşıb.
Qeyd edək ki, Azərbaycan komandası dünya birinciliyinə 8 cüdoçu (5 oğlan, 3 qız) ilə qatılıb. Çıxışını başa vuran 6 təmsilçimizdən yalnız oğlanların 60 kq-sında çıxış edən Turan Bayramov millinin hesabına medal yazdırıb. O, mundialın gümüş mükafatına sahib çıxıb.
***10:30
İtaliyanın Olbiya şəhərində cüdo üzrə gənclər arasında dünya çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, yarışın ikinci günündə Azərbaycanın daha iki cüdoçusu tatami üzərinə çıxacaq.
Oğlanların 73 kiloqram çəki dərəcəsindəki milli üzvü Nəriman Mirzəyev startda (1/32 final) türkiyəli Umalt Demirellə üz-üzə gələcək.
Qızların yarışındakı təmsilçimiz Rita Əliyeva (57 kq) ilk görüşünü 1/16 finalda keçirəcək. O, burada fransalı Marta Favazın müqavimətini qırmağa çalışacaq.
Qeyd edək ki, ilk yarış günündə millimizin hesabına bir medal yazılıb. Oğlanların 60 kq çəki dərəcəsində yarışan Turan Bayramov mundialı gümüş medalla başa vurub.
72 ölkədən 500-dək cüdoçunun iştirak etdiyi dünya birinciliyinə oktyabrın 10-da yekun vurulacaq.
Sahib Əsədbəyli