Bakıda cüdo üzrə "Böyük Dəbilqə" turnirinə yekun vurulub.
Fanat.Az xəbər verir ki, doğma meydanda 33 nəfərlik heyətlə mübarizə aparan Azərbaycan komandasının yarışdan qazancı 1 qızıl, 2 gümüş və 4 bürünc medal olub.
Bu nəticə ilə ölkəmiz ümumkomanda hesabında 4-cü yeri tutub.
İlk sırada 5 qızıl, 1 gümüş və 4 bürünc medalla Yaponiya qərarlaşıb. Rusiya ikinci (2 qızıl, 1 gümüş, 2 bürünc), Almaniya üçüncü pillədə yer alıb (2 qızıl, 2 bürünc).
Kişilərin sıralamasında isə milli Yaponiya və Rusiyanı önə buraxaraq ilk "3-lüy"ü qapayıb.
Qeyd edək ki, üç gün ərzində baş tutan "Böyük Dəbilqə"də 29 ölkədən 195 (128 kişi, 67 qadın) cüdoçu iştirak edib.