Beynəlxalq Cüdo Federasiyası növbəti ilin təqviminə yeni reytinq turniri daxil edib.
Fanat.Az xəbər verir ki, bu, iyunda Monqolustanın paytaxtı Ulan-Batorda keçiriləcək "Böyük Dəbilqə"dir.
Yarış 4 il ərzində təşkil olunacaq.
Qeyd edək ki, bunadək 2013-2016-cı illərdə Ulan-Batorda Qran-Pri turniri keçirillib. Son belə yarışda Azərbaycan cüdoçuları 1 qızıl, 3 bürünc medal qazanıblar.
Sahib