15:49 18.12.2021 1571

"Haqq-ədalət yerini tapdı" - İlham Zəkiyev

Cüdo üzrə ikiqat Paralimpiya çempionu, Milli Paralimpiya Komitəsinin vitse-prezidenti İlham Zəkiyevin Fanat.Az-a müsahibəsi

- İlham bəy, bizdə olan məlumata görə, Paralimpiya cüdosunda növbəti ildən yeni qaydalar qüvvəyə minəcək. Artıq tam görmə məhdudiyyətli idmançılarla müəyyən görmə imkanına malik olanlar ayrılıqda mübarizə aparacaq. Bilirik ki, bunu ən çox gözləyənlərdən biri siz idiniz. Təəssüratlarınızı öyrənək.
- Bununla bağlı uzun zaman idi ki, müzakirələr gedirdi. Şəxsən özüm hələ 2013-cü ildən məsələ qaldırmışdım. Dəfələrlə Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizerlə görüşlərdə bu barədə danışmışıq. Söz vermişdi ki, yoluna qoyulacaq. Onun məsələyə isti yanaşmasında həmyerlisi, artıq ikiqat Paralimpiya mükafatçısı olan Aleks Boloqa amilinin də rolu az olmadı. Yadımdadır ki, Bakıdakı yarışda Boloqa uduzanda Vizer çox təsirlənmişdi.

Yeni qaydaların hələ Tokio-2020-də qüvvəyə minməsi ehtimal olunurdu. Lakin əsas gətirildi ki, artıq tsiklin ortasıdır, lisenziyalar müəyyənləşir. Əsas odur ki, gec də olsa haqq-ədalət yerini tapdı. 

- Yeni qaydalar Paralimpiya cüdosunun gələcəyinə hansı müsbət təsirlərini göstərəcək?
- Məncə, daha maraqlı mübarizə gedəcək. Tam görmə məhdudiyyətli idmançılar işinə daha həvəslə yanaşacaq. Şəxsən mənim stimulumu xeyli artıran səbəbdir.

- Bəs iştirakçı sayının azlığı müşahidə oluna bilərmi?

​​​​​​- Bu nəzərə alınaraq çəki sayı azaldılıb. Ən azından Paris-2024-ə kimi yarışlar 4 çəki dərəcəsi üzrə keçiriləcək. Ancaq ola bilsin ki, sonradan say əvvəlki kimi - 7 oldu. Yeni qaydalar tam görməyən idmançıların ölkədaxili rəqabətdə qarşısını açacaq. Tanıdığım bir neçə belə cüdoçu var ki, komandadakı yerini görmə imkanı olan həmkarlarına vermək məcburiyyətində qalmışdılar.

- Qarşıda 100 və +100 kq çəki dərəcələrindəki idmançılar birgə +90 kq-da mübarizə aparacaq. Burada ən diqqətçəkən rəqiblər braziliyalı Vilyan Araujo və onun məşhur həmyerlisi, "görməyən əfsanə" Antonio Tenoriodur. Dördqat Paralimpiya çempionu ilə tatamidə üz-üzə gəlmək ehtimalına necə yanaşırsınız? 
- Tenorio ilə bunadək bir dəfə qarşılaşmışam. Bu da Braziliyanın San-Paulu şəhərində keçirilən Dünya Oyunlarının komandalarası final görüşünə təsadüf edib. Həmin vaxt hesab 2:2 idi, son nöqtəni mən qoydum. Karyeramda ilk dəfə baxımlı dizdənatma fəndini həmin görüşdə tətbiq etmişdim. Amma indi onun artıq 51 yaşı var. Araujo ondan 22 yaş cavandır. Çox güman ki, karyerasını bitirəcək. Davam eləsə də, hesab edirəm, Parisdə olmayacaq. Təbii ki, o da böyük idmançıdır. Yenidən qarşılaşmağımızı istərdim.

Sahib Əsədbəyli

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

21 İyun 2026
15:11

"Sabah" oyunçusu ilə vidalaşdı

14:52

"Bu heç-heçə bizim üçün qələbə qədər qiymətlidir" - Dik Advokat

14:15

Yaponiya millisinin baş məşqçisi darmadağından sonra belə danışdı

13:41

Azərbaycan boksçusu Dünya Kubokunda rəqib tanımadı

13:23

"Belə böyük ölkədən daha ədalətli oyun gözləyirdim" - Fil Dişi Sahili millisinin baş məşqçisi

12:37

Dubl etdi, oyunun ən yaxşı futbolçusu oldu

12:09

"Bu matçda mütləq qələbə qazanmalıydıq" - Ronald Kuman

11:47

AL: Azərbaycan yığması Portuqaliyaya qarşı

11:19

Ekvador - Kurasao matçının ən yaxşı oyunçusu açıqlandı

10:34

DÇ-2026: Ekvador - Kürasao görüşündə bərabərlik, Yaponiya Tunisi "şapalaqladı"

10:11

"Üç həftə əvvəl hər şey xarabalıqlar içində idi" - Nagelsmandan almansayağı şərh

09:38

"Bəzən belə təcrübələr yaşamaq vacibdir" - Qrem Potter

09:00

Günün oyunları bu kanallarda - AFİŞA

04:26

Niderland - İsveç qarşılaşmasının ən yaxşı futbolçusu müəyyənləşdi

04:05

Almaniya - Fil Dişi Sahili matçının ən yaxşı oyunçusu bəllidir

03:24

Türkiyə millisinin ulduzu dünya çempionatında tarix yazdı

02:50

Almaniya millisi çempionluq ilindən sonra ilkə imza atdı

01:59

DÇ-2026: Niderlanddan darmadağın, Almaniya son dəqiqələrdə sevindi

20 İyun 2026
23:58

Braziliyalılar dünya futbolunda yenidən liderliyi ələ aldılar

23:17

"Liverpul" və "Barselona" Premyer Liqa ulduzunu istəyir

22:53

Qrimaldo Simeonenin layihəsinə "hə" dedi

22:17

"İnter"dən 50 milyonluq rəsmi təklif - Şərtlər qəbul olundu

21:52

London nəhəngləri hərəkətə keçdi - Ulduz hücumçu üçün 80 milyon avro

21:14

"Komo"dan daha bir transfer bombası

20:43

"Qarabağ" yoxlama oyununda "Zirə"ni məğlub edib

20:18

"Beşiktaş" müdafiə xəttini gücləndirir

19:52

Alvares "Barselona"ya keçmək istəyir - Transfer şərti məlum oldu

19:21

"Liverpul"dan 115 milyonluq təklif

18:47

"Mançester Siti" transfer partlayışına hazırlaşır

18:22

Rafael Fiziyev Bakıya gəlib

17:55

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:38

Luçesku Yunanıstandan getdi - Yeni klubu da bilinir

17:01

"Neftçi" braziliyalı futbolçu ilə gücləndi - RƏSMİ

16:46

Acun Ilıcalıdan "Beşiktaş"lı futbolçuya rəsmi təklif - SON DURUM

16:11

Azərbaycan klubu məşqçisi ilə vidalaşdı

15:42

"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edildi

15:07

Hüseyn İsmayılovun 70 illik yubileyi qeyd olundu

14:44

Millimizin baş məşqçisi DÇ-nin püşkünü dəyərləndirdi

14:20

Dünya Seriyası: Azərbaycan millisi Tailanda da uduzdu, Litvaya da

13:53

"Barselona" Levandovskinin gedişinə peşman oldu

Facebookdan bizi izləməyi unutmayın.
X