Yanvarın 28-dən 30-dək Portuqaliyanın Odivelaş şəhərində cüdo üzrə Qran-Pri turniri keçiriləcək.
Fanat.Az Beynəlxalq Cüdo Federasiyasının (IJF) rəsmi saytına istinadən xəbər verir ki, yarışda Azərbaycanın 14 cüdoçusunun iştirakı planlaşdırılıb.
Qran-Pridə kişilərdən Balabəy Ağayev, Rövşən Əliyev (hər ikisi 60 kq), Yaşar Nəcəfov (66 kq), Nəriman Mirzəyev, Zaməddin Poladov (hər ikisi 73 kq), Zelim Tskayev (81 kq), Rüfət İsmayılov (90 kq), Adil Kərimli (100 kq), İmran Yusifov, Uşanqi Kokauri (hər ikisi +100 kq) iştirak edəcəklər.
Qadınların mübarizəsində isə Aydan Vəliyeva, Şəfəq Həmidova (hər ikisi 48 kq) və Səbinə Əliyeva (52 kq) güclərini sınayacaqlar.
Bu günədək turnirdə 45 ölkədən 398 idmançının iştirakı təsdiqlənib.
Sahib