Mayın 6-8-də Gənclər və İdman Nazirliyinin və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə kiçik yaşlı yeniyetmə (U-15) cüdoçular arasında Azərbaycan birinciliyi təşkil olunacaq.
Federasiyanın mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində keçiriləcək yarışda Azərbaycanın müxtəlif regionlarından, klub, cəmiyyət və idman təşkilatlarından 650-yə yaxın idmançı gücünü sınayacaq. Üç gün davam edəcək turnirdə 2008-2010-cu illər təvəllüdlü cüdoçular iştirak edəcəklər.
Qeyd edək ki, Azərbaycan birinciliyinə seçim mərhələsi çərçivəsində keçirilən yarışlarda 1837 (131 qız, 1706 oğlan) idmançı iştirak edib.