
Azərbaycan cüdoçusu Turan Bayramov Çexiyanın paytaxtı Praqada keçirilən gənclər arasında Avropa çempionatında final görüşünə çıxıb.
Fanat.Az xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində yer alan idmançımızın həlledici dueldə rəqibi polşalı Ksaveri İqnasyak olub. Görüşün gedişində qadağan olunmuş formada fənd işlədən Bayramov "hansoku-make" ilə cəzalandırılıb və beləliklə, Polşa təmsilçisi qalib elan olunub. Turan isə gümüş mükafatla kifayətlənib.
Beləliklə, Azərbaycan cüdoçuları ilk yarış gününü bir gümüş medalla başa vurub.
***
Azərbaycan cüdoçusu Turan Bayramov Çexiyanın paytaxtı Praqada keçirilən gənclər arasında Avropa çempionatında finala yüksəlib.
Fanat.Az xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində yer alan idmançı yarımfinalda ukraynalı Nazar Viskovla üz-üzə gəlib. Rəqibini "ippon"la yenən Bayramov finala vəsiqə qazanıb.
Həlledici dueldə rəqib polşalı Ksaveri İqnasiak olacaq.
***
Azərbaycan cüdoçusu Turan Bayramov Çexiyanın paytaxtı Praqada keçirilən gənclər arasında Avropa çempionatında yarımfinala yüksəlib.
Fanat.Az xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində yer alan idmançı 1/8 finalda Berat Bahadırı (Türkiyə), ardınca Anton Kleynosu (Polşa) "ippon"la yenib. Finalın bir addımlığında rəqib ukraynalı Nazar Viskov olacaq.
Eyni çəkidəki Nizami İmranov 1/16 finalda Rikardo Piresi (Portuqaliya) üstələsə də, sonrakı görüşdə gürcüstanlı Tornike Maziaşviliyə uduzub.
Qızların 48 kq çəkisindəki Könül Əliyeva startda Sıla Ersinə (Türkiyə), 57 kiloqramdakı Səbinə Əliyeva isə Nino Tsiklauriyə (Gürcüstan) uduzaraq mübarizəni dayandırıblar..
Qeyd edək ki, cüdoçularımız 15-17 sentyabrda fərdi yarışda, sonuncu gündə isə komanda turnirində mübarizə aparacaq. Milliyə performans direktoru Mark van der Ham, baş məşqçi Elxan Məmmədov, məşqçilər Elxan Rəcəbli ilə Vüqar Hüseynov rəhbərlik edir.