19:12 16.09.2022 581

Azərbaycanın 2 cüdoçusu Avropa çempionu oldu

Azərbaycan daha bir cüdoçusu Çexiyanın paytaxtı Praqada keçirilən gənclər arasında Avropa çempionatında qızıl medal qazanıb.

Fanat.Az xəbər verir ki, 81 kiloqram çəki dərəcəsində yer alan Elcan Hacıyev qızıl medal uğrunda həlledici qarşılaşmada italiyalı Brayt Maddaloni Nosa ilə üz-üzə gəlib.

Rəqibinə 1 dəqiqə 25 saniyə ərzində "ippon"la qalib gələn Hacıyev Avropa çempionu olub.

Beləliklə, Azərbaycan millisi qitə birinciliyində ikinci qızıl medalı qazanıb. Daha əvvəl Vüsal Qələndərzadə (73 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, ilk yarış günündə Turan Bayramov 60 kq çəkidə gümüş medal əldə edib.

***

Azərbaycan cüdoçusu Vüsal Qələndərzadə Çexiyanın paytaxtı Praqada keçirilən gənclər arasında Avropa çempionatında final görüşünə çıxıb.

Fanat.Az xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində yarışan idmançı qızıl medal uğrunda qarşılaşmada italiyalı Luici Sentraççio ilə üz-üzə gəlib.

Rəqibinə "ippon"la qalib gələn Qələndərzadə Avropa çempionu olub.

Bu gün həmçinin 81 kq çəkidəki Elcan Hacıyev final görüşünə çıxacaq. Onun rəqibi italiyalı Brayt Maddaloni Nosa olacaq.

Qeyd edək ki, ilk yarış günündə Turan Bayramov 60 kq çəkidə gümüş medal qazanıb.

*** 17:21

Azərbaycanın iki cüdoçusu Çexiyanın paytaxtı Praqada keçirilən gənclərin Avropa çempionatında finala yüksəlib.

Fanat.Az xəbər verir ki, oğlanların 73 kiloqram çəki dərəcəsində yer alan Vüsal Qələndərzadə yarımfinalda macarıstanlı Gergeli Adoryanini "ippon"la yenib. Finalda o, italiyalı Luici Sentraççio ilə görüşəcək.

81 kq çəkidəki Elcan Hacıyev isə finalın bir addımlığında Adam Kopeçkiyə 108 saniyəyə qalib gəlib. Finalda onun rəqibi italiyalı Brayt Maddaloni Nosa olacaq.

Bu gün tatami üzərinə çıxan digər təmsilçilərimiz - Ömər Rəcəbli (81 kq) və Aytac Qardaşxanlı (63 kq) isə ilk görüşlərini qələbə ilə başa vursalar da, sonrakı dueldə uduzaraq mübarizəni dayandırıblar.

Qeyd edək ki, ilk yarış günündə 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Turan Bayramov gümüş medal qazanıb.

***

Çexiyanın paytaxtı Praqada gənc cüdoçular arasında Avropa çempionatı davam edir.

Fanat.Az xəbər verir ki, qitə birinciliyində bu gün Azərbaycanın daha dörd təmsilçisi mübarizə aparacaq.

Oğlanların 73 kiloqram çəki dərəcəsində yer alan Vüsal Qələndərzadə startda Kraytan Hreydarssonla (İslandiya) qarşılaşacaq.

81 kq çəkidə çıxış edən Ömər Rəcəbli Randel Pastellə (Finlandiya), eyni çəkidəki Elcan Hacıyev Marko Yanserlə (Monteneqro) münasibətləri aydınlaşdıracaq.

Nəhayət, qızların 63 kq çəkisindəki Aytac Qardaşxanlı Nele Noakın (Almaniya) müqavimətini qırmağa çalışacaq. 

Cüdoçularımızın hamısının ilk dueli 1/16 finala təsadüf edəcək. 

Görüşlər Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.

Qeyd edək ki, ilk gündə tatami üzərinə çıxan 4 təmsilçimizdən oğlanların 60 kq çəki dərəcəsindəki Turan Bayramov gümüş medal qazanıb. Cüdoçularımız sentyabrın 17-dək fərdi yarışda, sonuncu gündə isə komanda turnirində mübarizə aparacaq. Milliyə performans direktoru Mark van der Ham, baş məşqçi Elxan Məmmədov, məşqçilər Elxan Rəcəbli ilə Vüqar Hüseynov rəhbərlik edir.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyun 2026
01:02

DÇ-2026: İspaniya darmadağına sevindi, Belçika - İran matçında quru "sülh"

21 İyun 2026
23:37

İspaniya - Səudiyyə Ərəbistanı matçının ən yaxşısı bilindi

22:41

"Liverpul"dan "Barselona"ya transfer zərbəsi

22:13

İngiltərədə 40 milyonluq qapıçı yarışı

21:51

Azərbaycanın kişi voleybolçulardan ibarət millisi Avropa Liqasında mübarizəni başa vurub

21:19

"Qarabağ" Martin Zlomisliçi transfer edib

20:53

"Liverpul"dan 100 milyonluq transfer planı

20:20

"Çelsi"dən gözlənilməz qərar

19:27

"Nyukasl"ın sabiq sahibləri geri qayıdır

18:51

London təmsilçisinin 80 milyonluq təklifi rədd edildi

18:28

"Real" və "Liverpul" hərəkətə keçdi, Münhen nəhəngi masaya oturdu

17:48

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:24

Ekvador yığmasının baş məşqçisi Almaniya ilə görüşdə şanslarının gətirəcəyinə inanır

16:55

"Real Madrid" Valverdeni yox, bu iki futbolçusunu satır

16:14

DÇ-2026: İspaniya və Belçika millilərinin ikinci sınağı

15:53

"Qarabağ" Bədavi ilə müqavilə yenilədi

15:11

"Sabah" oyunçusu ilə vidalaşdı

14:52

"Bu heç-heçə bizim üçün qələbə qədər qiymətlidir" - Dik Advokat

14:15

Yaponiya millisinin baş məşqçisi darmadağından sonra belə danışdı

13:41

Azərbaycan boksçusu Dünya Kubokunda rəqib tanımadı

13:23

"Belə böyük ölkədən daha ədalətli oyun gözləyirdim" - Fil Dişi Sahili millisinin baş məşqçisi

12:37

Dubl etdi, oyunun ən yaxşı futbolçusu oldu

12:09

"Bu matçda mütləq qələbə qazanmalıydıq" - Ronald Kuman

11:47

AL: Azərbaycan yığması Portuqaliyaya qarşı

11:19

Ekvador - Kurasao matçının ən yaxşı oyunçusu açıqlandı

10:34

DÇ-2026: Ekvador - Kürasao görüşündə bərabərlik, Yaponiya Tunisi "şapalaqladı"

10:11

"Üç həftə əvvəl hər şey xarabalıqlar içində idi" - Nagelsmandan almansayağı şərh

09:38

"Bəzən belə təcrübələr yaşamaq vacibdir" - Qrem Potter

09:00

Günün oyunları bu kanallarda - AFİŞA

04:26

Niderland - İsveç qarşılaşmasının ən yaxşı futbolçusu müəyyənləşdi

04:05

Almaniya - Fil Dişi Sahili matçının ən yaxşı oyunçusu bəllidir

03:24

Türkiyə millisinin ulduzu dünya çempionatında tarix yazdı

02:50

Almaniya millisi çempionluq ilindən sonra ilkə imza atdı

01:59

DÇ-2026: Niderlanddan darmadağın, Almaniya son dəqiqələrdə sevindi

20 İyun 2026
23:58

Braziliyalılar dünya futbolunda yenidən liderliyi ələ aldılar

23:17

"Liverpul" və "Barselona" Premyer Liqa ulduzunu istəyir

22:53

Qrimaldo Simeonenin layihəsinə "hə" dedi

22:17

"İnter"dən 50 milyonluq rəsmi təklif - Şərtlər qəbul olundu

21:52

London nəhəngləri hərəkətə keçdi - Ulduz hücumçu üçün 80 milyon avro

21:14

"Komo"dan daha bir transfer bombası

Facebookdan bizi izləməyi unutmayın.
X