16:45 20.09.2022 1095

"Hətta erməni şərhçi də onu tərifləyirdi" - MÜSAHİBƏ

Ötən həftə Çexiyanın paytaxtı Praqada keçirilən gənclər arasında Avropa çempionatı Azərbaycan cüdoçuları üçün kifayət qədər uğurlu alındı. Belə ki, qitə birinciliyinə 9-u oğlan, 4-ü qız olmaqla, 13 nəfərlik heyətlə qatılan yığmamız fərdi yarışı 5 medalla başa vurdu. Mükafatlardan üçü qızıl, biri gümüş, digəri bürünc əyyarlı oldu ki, bu, ölkə cüdoçularının analoji yarışda tarixdə ikinci nəticəsi idi. Bundan başqa, cüdoçularımız tarixi nailiyyətə imza ataraq, ilk dəfə qarışıq komanda yarışının bürünc medalına sahib çıxdı. 

Xatırlatma edək ki, rekord 2017-ci ildə Sloveniyanın Maribor şəhərində keçirilən AÇ-də qeydə alınıb. Həmin vaxt milli fərdi yarışda Praqadakından bir "gümüş" və bir "bürünc" artıq mükafat hasil edə bilmişdi. Oğlanlardan ibarət yığma isə komanda yarışının qalibi olmuşdu.

Praqada əldə olunan nailiyyət, daha əvvəl isə yeniyetmələrin Avropa və dünya birinciliklərindəki uğurlar Azərbaycan cüdosunun gələcəyi barədə nikbin notlara köklənməyə əsas verir.

Rekord göstəricilərlə yanaşı, analoji yarışın tarixində yaddaşlara həkk olunan bir nailiyyət də var ki, üstündən uzun zaman keçməsinə baxmayaraq böyük qürur hissi ilə xatırlanır. Bəli, düz 13 il əvvəl Ermənistan paytaxtında, tarixi Azərbaycan şəhəri İrəvanda Elmar Qasımov üçrəngli bayrağımızı ən yüksəyə qaldırmış, dövlət himnimizi səsləndirmişdi. 

Sonradan böyüklər arasında dünya və Avropa çempionatlarının, həmçinin Rio De Janeyroda keçirilən Yay Olimpiya Oyunlarının medalına sahib çıxan Qasımovun atası İlqar bəylə həmin dövrə qayıtdıq. Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun (red: indiki Bədən Tərbiyəsi və İdman Akademiyası) məzunu və idmanı yaxından izləyən şəxs olan ata Qasımovla oğlunun karyerasından, habelə ölkə cüdosu və digər mövzular barədə danışdıq.

"Şuşalı qonşular deyirdilər ki, qoymayın oğlunuz ora getsin"

- İlqar bəy, ölkə idmanı tarixinin parlaq səhifələrindən birini təşkil edən "İrəvan fəthi"ni - 13 il əvvəlin bu günlərini necə xatırlayırsınız?
- Elmarı İrəvana yola salmazdan öncə bizimlə qonşuluqda yaşayan şuşalı məcburi köçkünlər deyirdilər ki, qoymayın oğlunuz ora getsin. Ermənilərin mənfur xislətindən danışırdılar, deyirdilər, Allah göstərməsin, nəsə hadisə olar. Təbii ki, bizdə bir valideyn kimi az da olsa, narahatlıq var idi. Elmarın özündə isə bu, zərrə qədər yox idi. Orada çempion olacağına çox inanırdı. Onun qədər də biz inanırdıq. Çünki Elmar daha əvvəl böyüklərin dünya çempionatında yarımfinaladək irəliləyib, beşinci yeri tutmuşdu. Aydın idi ki, böyüklərin yarışında belə nəticə göstərən idmançı gənclərdə də  əsas favoritlərdən biri olacaq. 

Həmin vaxt turnirləri izləmək indiki kimi rahat, əlçatan deyildi. Sadəcə final görüşünə baxmaq imkanımız oldu. Onda da qonşumuz yarışı canlı yayımlayan erməni kanalını tutmuşdu. Həmin qonşu erməni dilini də bilirdi. Elmarın nəhəng Krpaleklə həlledici görüşdəki qələbəsindən sonra erməni şərhçinin dediyi fikirləri tərcümə elədi. Qonşunun dediyinə görə, şərhçi Elmar haqqında tərifli sözlər səsləndirib.

- Elmarın o vaxt cəmi 18 yaşı varıydı. Həmin zəfər sayəsində bir andaca bütün ölkədə tanındı, böyük nüfuz qazandı. Bir də həmin məşhurluğu yada salaq.
- İrəvana yollanan heyət məhdud sayda olsa da, hamısı say-seçmə idmançılarıydı. Yekun nəticədə o beş nəfərin hamısı vətənə mükafatla döndü. Hətta İlqar Müşkiyevi rus idmançı ilə finalda "sıxmasaydılar", himnimiz elə ilk gündəcə səslənərdi. Biz Elmarın qələbəsindən o dərəcədə əmin idik ki, yarışdan öncə Azərbaycan bayrağını eyvandan asmışdıq. Çempion olduqdan sonra ətrafda hamı, bizə gələn jurnalistlər də evi o bayraqla tapırdı. Küçədə də tez-tez tanıyıb yaxınlaşıb, xoş sözlər deyirdilər.

"İrəvandakı "qızıl"ı olimpiya çempionluğundan daha üstün tuturam"

- Elmarın İrəvandakı finalda məğlub etdiyi çexiyalı Lukas Krpalek bu gün dünya cüdosunun canlı əfsanələrindən sayılır. İkiqat olimpiya çempionu ilk "qızıl"ını Rioda məhz Elmar üzərində qələbə ilə əldə edib. Elə bir imkan olsaydı, hansını seçərdiniz: İrəvanda "qızıl", ya olimpiya çempionluğu?
- Mən İrəvanda qızıl medalı daha üstün tuturam. O Azərbaycan idmanı tarixində ilk və yeganə haldır. Əlbəttə, bununla yanaşı, oğlumu olimpiya çempionu kimi görmək də böyük qürur olardı. Nə deyək, qismət.

- İdman sahəsi üzrə ali təhsil almısınız. Habelə, sosial şəbəkədəki şərhlərinizdən idmanı bildiyinizi, yarışları yaxından izlədiyinizi görürük. Günü bu gün də idmana bağlı adam olduğunuzdan, belə başa düşürük ki, övladınızın peşəkar idmançı kimi formalaşmağında təsiriniz bir valideyndən daha artıq olub.
- Elmar uşaqlıqdan aktiv olub. Onu əvvəlcə gimnastikaya və üzgüçülüyə qoymuşduq. Amma əvvəldən peşəkar idman olaraq niyyətimiz cüdo idi. Azərbaycan Cüdo Federasiyanın İntizam komitəsinin üzvü Ruzbeh Vəliyev mənim tələbə yoldaşımdır. Onunla məsləhət edib, "Atilla"ya yazdırdıq. Elmar orada Əli Dəvrişov kimi böyük mütəxəssis və onun tələbəsi Fərhad Məmmədovun yanında məşğul olmağa başladı. Deyərdim ki, Elmarın üzərində məndən çox anasının təsiri olub. Anası da idmana yaxın insandır, keçmiş voleybolçudur. 

"Videolar federasiya üçün bəhanə oldu"

- Tokio-2020 Olimpiadası öncəsi Elmarla bağlı yaşanan qalmaqala münasibətiniz maraqlıdır. Sosial şəbəkədəki paylaşımlarına görə federasiyanın onu yığmadan uzaqlaşdırması haqlı qərarıydımı?
- Bilirsiniz ki, onda Elmarla Zelim Kotsoyev arasında Olimpiada üçün rəqabət gedirdi. Həmin vaxt Zelim onu reytinqdə qabaqladığından, Elmarın yeganə şansı Budapeştdəki dünya çempionatında özünü yaxşı tərəfdən göstərib, medal qazanmaq idi. Amma bu, olmadı. Nəticədə, Tokioya Zelimin gedəcəyi dəqiqləşdi. Dünya çempionatından sonra da Şamaxıda təlim-məşq toplanışı var idi. Amma həmin vaxt Elmar daha məşq eləmək istəmirdi, ümumiyyətlə, idmanı buraxmaq fikrindəydi. Həmin paylaşımlara görə jurnalistlər də federasiyanın üstünə çox getdi deyə, o formada açıqlama verdilər. Yəni video məsələsi sadəcə bəhanə oldu.

- Həmin "pullu videolar" cəmiyyət tərəfindən də qınaqla qarşılandı. Buna sizin yanaşmanız necə idi?
- Orada ayıb bir iş yox idi. Elmar o dediyiniz "pullu videolar"ı pis məqsədlə çəkməmişdi. Bizim özümüz elə varlı, yağ-bal içində yaşayan ailə olmamışıq ki, övladımız pul qədri bilməsin. Yaxud Elmarın özü pulu asanlıqla qazanmayıb ki, sağa-sola səpsin. Başa düşən adamlar görürdü ki, o videolar sadəcə zarafatla, bir az da ironiya ilə çəkilib. Elmar Allaha, dinə bağlı adamdır. O, kimisə alçaltmaq üçün nəsə eləməz. Onunla çalışan məşqçilər də həmişə deyiblər ki, Elmar ədalətli adamdır. Zelimlə rəqib olsalar da, heç vaxt onun başqa birinə uduzmasını arzulamaz. Sağlam rəqabət tərəfdarıdır. 

- Sonradan Elmar yenə milliyə cəlb olundu. Ötən müddətdə Sofiyadakı Avropa çempionatı və Konyada təşkil olunan İslam Həmrəyliyi Oyunları daxil olmaqla, bir sıra yarışlarda iştirak edib. Nəticələrindən razısınız?
- Uzun müddət idmandan uzaq qaldığından, bərpa prosesi bir az çətin oldu. Bununla belə, istər bürünc medal qazandığı Antalyadakı "Böyük Dəbilqə"də, istər beşinci olduğu Avropa çempionatında pis çıxış eləmədi. İslam Oyunlarında da zədəsi olmasaydı, fərdi yarışı gümüş yox, qızılla da başa vura bilərdi. Amma yenə də sevindim ki, Türkiyədə "qızıl"sız qalmadı. Ən çox da ona sevindim ki, komandanın çempionluğunda son nöqtəni özü qoydu.

"Elə bir cüdoçu yoxdur ki, Elmar onu uda bilməsin"

- Qarşıdan ilin əsas yarışı olan dünya çempionatı gəlir və Elmarın adı mundiala yollanacaq heyətə daxil edilməyib...
- Onsuz da məlum idi ki, İslamiada və dünya çempionatının heyəti fərqlidir. Aydın idi ki, İslamiadaya yollanan heyətdən heç kim dünya çempionatına aparılmayacaq. Nə deyim. Belə məsləhət olunubsa, hər halda məşqçilər heyətinin bildiyi nəsə var.

- Oğlunuzun noyabrda 32 yaşı tamam olacaq. Hazırda milli komandanın ən təcrübəli üzvüdür. Bundan sonra ondan nə gözləmək olar?
- Çox yaş deyil. Yenə də bacarar. Mən ona inanıram. Şəxsən mənə görə, elə bir cüdoçu yoxdur ki, Elmar onu uda bilməsin.

"Necə olur ki, Fərhad Məmmədova yığmada yer tapılmır?!"

- Cüdo Federasiyasının yeni rəhbərliyinin işi barədə nə deyə bilərsiniz?
- Yaxşı işlər görürlər. Ümumi götürəndə, ortada sistemli fəaliyyət var. Amma mənim narazı qaldığım bir məsələ var.

- Nə?
- Necə olur ki, iki olimpiya finalçısı yetişdirmiş Fərhad Məmmədov kimi mütəxəssisə yığmada yer tapılmır?! Elmar və Rüstəmdən başqa, Orxan Səfərov da onun yetirməsidir. Hansı ki, Avropa çempionu, ikiqat dünya medalçısıdır. Fərhad Məmmədovun yığmada olması bu cüdoçuların hamısı üçün əlavə üstünlük olar. 

- Yeniyetmə və gənclər son vaxtlar uğurlu çıxış sərgiləyir. Amma ağır - 100 və ondan yuxarı çəkidə yaxın zaman üçün böyük perspektiv vəd edən yerli idmançı nəzərə çarpmır. Halbuki Elmardan başqa, vaxtilə bizim 100 kiloda Mövlud Mirəliyev və Elxan Məmmədov kimi idmançılarımız olub. Elmarın da maksimum iki-üç il sonra karyerasını başa vurma ehtimalını nəzərə alsaq, sizcə, ondan sonra boşluq hələ daha çoxmu davam edəcək?
- Ağır çəkilərdə adını çəkdiyiniz titullu idmançılar olsa da, daxili rəqabət aşağı çəkilərdəki kimi olmayıb. Aşağı çəkilərdə dörd-beş bir-birinə layiq idmançı olursa, ağır çəkidə bir, maksimum iki cüdoçu ola, ya olmaya. İndi də bəli, boşluq daha aydın görünür. Hər halda, federasiyanın yeni rəhbərliyi bu məsələ barədə də düşünür.

- Elmarın yığmadakı rəqibi olan osetiyalı legioner Zelim Kotsoyevlə bağlı fikriniz nədir?
- Yaxşı idmançıdır. Amma böyük yarışlarda hələ özünü təsdiqləməkdə çətinlik çəkir.

Sahib Əsədbəyli

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyun 2026
01:02

DÇ-2026: İspaniya darmadağına sevindi, Belçika - İran matçında quru "sülh"

21 İyun 2026
23:37

İspaniya - Səudiyyə Ərəbistanı matçının ən yaxşısı bilindi

22:41

"Liverpul"dan "Barselona"ya transfer zərbəsi

22:13

İngiltərədə 40 milyonluq qapıçı yarışı

21:51

Azərbaycanın kişi voleybolçulardan ibarət millisi Avropa Liqasında mübarizəni başa vurub

21:19

"Qarabağ" Martin Zlomisliçi transfer edib

20:53

"Liverpul"dan 100 milyonluq transfer planı

20:20

"Çelsi"dən gözlənilməz qərar

19:27

"Nyukasl"ın sabiq sahibləri geri qayıdır

18:51

London təmsilçisinin 80 milyonluq təklifi rədd edildi

18:28

"Real" və "Liverpul" hərəkətə keçdi, Münhen nəhəngi masaya oturdu

17:48

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:24

Ekvador yığmasının baş məşqçisi Almaniya ilə görüşdə şanslarının gətirəcəyinə inanır

16:55

"Real Madrid" Valverdeni yox, bu iki futbolçusunu satır

16:14

DÇ-2026: İspaniya və Belçika millilərinin ikinci sınağı

15:53

"Qarabağ" Bədavi ilə müqavilə yenilədi

15:11

"Sabah" oyunçusu ilə vidalaşdı

14:52

"Bu heç-heçə bizim üçün qələbə qədər qiymətlidir" - Dik Advokat

14:15

Yaponiya millisinin baş məşqçisi darmadağından sonra belə danışdı

13:41

Azərbaycan boksçusu Dünya Kubokunda rəqib tanımadı

13:23

"Belə böyük ölkədən daha ədalətli oyun gözləyirdim" - Fil Dişi Sahili millisinin baş məşqçisi

12:37

Dubl etdi, oyunun ən yaxşı futbolçusu oldu

12:09

"Bu matçda mütləq qələbə qazanmalıydıq" - Ronald Kuman

11:47

AL: Azərbaycan yığması Portuqaliyaya qarşı

11:19

Ekvador - Kurasao matçının ən yaxşı oyunçusu açıqlandı

10:34

DÇ-2026: Ekvador - Kürasao görüşündə bərabərlik, Yaponiya Tunisi "şapalaqladı"

10:11

"Üç həftə əvvəl hər şey xarabalıqlar içində idi" - Nagelsmandan almansayağı şərh

09:38

"Bəzən belə təcrübələr yaşamaq vacibdir" - Qrem Potter

09:00

Günün oyunları bu kanallarda - AFİŞA

04:26

Niderland - İsveç qarşılaşmasının ən yaxşı futbolçusu müəyyənləşdi

04:05

Almaniya - Fil Dişi Sahili matçının ən yaxşı oyunçusu bəllidir

03:24

Türkiyə millisinin ulduzu dünya çempionatında tarix yazdı

02:50

Almaniya millisi çempionluq ilindən sonra ilkə imza atdı

01:59

DÇ-2026: Niderlanddan darmadağın, Almaniya son dəqiqələrdə sevindi

20 İyun 2026
23:58

Braziliyalılar dünya futbolunda yenidən liderliyi ələ aldılar

23:17

"Liverpul" və "Barselona" Premyer Liqa ulduzunu istəyir

22:53

Qrimaldo Simeonenin layihəsinə "hə" dedi

22:17

"İnter"dən 50 milyonluq rəsmi təklif - Şərtlər qəbul olundu

21:52

London nəhəngləri hərəkətə keçdi - Ulduz hücumçu üçün 80 milyon avro

21:14

"Komo"dan daha bir transfer bombası

Facebookdan bizi izləməyi unutmayın.
X