Qətərdə keçirilən dünya çempionatının qrup mərhələsində ABŞ-a məğlub olan (0:1) İranın azarkeşləri arasında dava düşüb.
Fanat.Az xəbər verir ki, "Pervy Sport" sosial şəbəkə hesabında insidentin videogörüntüsünü yayıb.
Dava “hökumətyönlü” azarkeşlərlə İranda mövcud dövlət sistemini dəstəkləməyənlər arasında baş verib. Qətərin təhlükəsizlik qüvvələri münaqişəyə müdaxilə ediblər.
Xatırladaq ki, İran ABŞ-la matçdakı uğursuzluqdan sonra dünya çempionatından kənarda qalıb. Amerikalılar isə B qrupunda ikinci yeri tutaraq 1/8 finalına yüksəliblər. dən ABŞ 1/8-də Niderlandla qarşılaşacaq və oyun dekabrın 3-də baş tutacaq.
Mirağa