
DÇ-2026-nın startı ərəfəsində İngiltərə millisinin düşərgəsində şok hadisə yaşanıb.
Fanat.Az "Sky Sports"a istinadən xəbər verir ki, komandanın mundialdakı ilk matçı öncəsi futbolçuların butsıları, məşq ləvazimatları, topları və hətta oyun günü geyinəcəkləri rəsmi formalar da daxil olmaqla, bütün komanda ekipajı oğurlanıb.
İngiltərə futbol rəhbərliyi məşqlərin planlaşdırıldığı kimi davam etməsi üçün dərhal hərəkətə keçib.
Hazırda ingilislər oğurlanmış əşyaları təcili surətdə yeniləri ilə əvəzləməyə çalışırlar.